AZ

Tonqa parlamentinin sədri: İqlim dəyişikliyi artdıqca vəziyyət daha da pisləşəcək

İqlim dəyişikliyi artdıqca vəziyyət daha da pisləşəcək.

"Report" xəbər verir ki, bunu Tonqa Qanunvericilik Məclisinin sədri Lord Fakafanua Fatafehi COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündəki "İqlim dəyişikliyinin real təsirini anlamaq" adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin təsirlərini azaltmaq mümkündür:

“Lakin bunun üçün maliyyə və texniki dəstəyə ehtiyac var. Hazırda qlobal temperaturun 1,5 dərəcədən yuxarı artmasının astanasındayıq. Bu templə davam etsək, vəziyyət daha da pisləşəcək və hətta qlobal temperatur 3 dərəcəyə yaxınlaşacaq. Ona görə də qanunverici orqanlar qəbul etdikləri qanunlarla bunun qarşısını almağa çalışmalıdırlar".

Spiker bildirib ki, kiçik adalar üçün də vəziyyət ürəkaçan deyil, adaptasiyanı ləngdir:

"Zərər və itkilərdən çox əyləncəyə üstünlük verilir. İldən-ilə həddindən artıq isti hava şəraiti ilə üzləşirik. Okean səviyyəsindən aşağı olan adalardan insanları köçürürük, amma onların şəraitini yaxşılaşdırmaq üçün maliyyə çatışmır. Okeanın qabarması nəticəsində ətrafı su basır, palmalar məhv olur. Bir çox bitkiləri becərə bilmirik. Əgər vəziyyət belə davam etsə, bəs nə yeyəcəyik?!"

Seçilən
11
43
report.az

10Mənbələr