AZ

QHT sədri Azərbaycanda QHT-lərin rolunu və iqlim dəyişikliyi ilə bağlı hədəfləri vurğuladı

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli COP-29 barədə QHT.az-a eksklüziv açıqlama verib. O, tədbirin qlobal iqlim siyasətində həmrəylik və birgə fəaliyyət üçün əhəmiyyətini xüsusi vurğulayıb:

"COP sözünün açılışında yaşıl dünya naminə həmrəylik dayanır. Bu tədbirlərin əsas məqsədi qlobal iqlim dəyişikliklərinin yaratdığı təsirləri aradan qaldırmaq üçün həmrəyliyi gücləndirməkdir. Azərbaycan bu prosesdə aktiv iştirak edir və öz beynəlxalq imicinə müsbət təsir göstərir. Xüsusilə iqtisadi imkanları məhdud olan ölkələrə dəstək verilməsi Azərbaycanın beynəlxalq humanitar rolunu artırır."

İlqar Hüseynli Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidlə bağlı gördüyü işlərdən danışaraq bildirib ki, bu, ölkənin siyasi iradəsinin və iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımlarının göstəricisidir:
"Külək enerjisi, su mənbələrindən alternativ enerji əldə edilməsi istiqamətində mühüm işlər görülür. Bu, COP siyasətinin məntiqi nəticəsidir və davamıdır."

O, rəhbərlik etdiyi təşkilatın dayanıqlı inkişaf və iqlim dəyişiklikləri sahəsində töhfələrini qeyd edərək bildirib ki, gələcəkdə də sosioloji tədqiqatlar və sorğular vasitəsilə bu prosesə dəstək davam edəcək:
"Vətəndaş cəmiyyəti bu kimi humanitar tədbirlərin və layihələrin uğurlu həyata keçirilməsində əvəzolunmazdır. Azərbaycanın QHT sektoru COP-29 çərçivəsində təşkil edilən müzakirələrdə və tədbirlərdə fəal iştirak edir və gələcəkdə də bu səyləri davam etdirəcək."

Hüseynli əlavə edib ki, Azərbaycan Milli QHT Forumunun COP-29-da pavilyonunun olması və burada təşkil edilən müzakirələr ölkənin bu sahədəki fəaliyyətinə əhəmiyyətli nümunədir. O, COP-30-un Braziliyada keçiriləcəyini xatırladaraq Azərbaycanın QHT sektorunun beynəlxalq səviyyədə fəallığını artıracağını bildirib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
36
50
qht.az

10Mənbələr