AZ

Azərbaycan Bolqarıstan üçün Cənubi Qafqazda və Qara dəniz regionunda strateji tərəfdaşdır - Rumen Radev

Bolqarıstan Prezidenti Rumen Radev iqlim dəyişikliyi və Azərbaycanla ikitərəfli münasibətlərlə bağlı “Caspian Energy” jurnalına müsahibə verib.

“İki sahil” xəbər verir ki, bu barədə Bolqarıstan xəbər agentliyi (BTA) məlumat yayıb. Bildirilib ki, nəşrin sonuncu nömrəsi Azərbaycanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına həsr olunub.

Azərbaycanın Bolqarıstan üçün Cənubi Qafqazda və Qara dəniz regionunda etibarlı strateji tərəfdaş olduğunu vurğulayan Rumen Radev son illərdə iki ölkə arasında aparılan intensiv siyasi dialoqların münasibətlərin daha da dərinləşməsinə sübut olduğunu qeyd edib. O, iqlim dəyişikliyinə vaxtında reaksiya verərək ölkələrin dayanıqlığını gücləndirmək üçün əməkdaşlığa ehtiyac olduğunu qeyd edib.

Bolqarıstan və Azərbaycan arasında əlaqələrin inkişafı potensialı ilə bağlı suala cavab olaraq Rumen Radev may ayında Prezident İlham Əliyevlə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”nin tərəfdaşlığın miqyasını genişləndirdiyini bildirib. O, SOCAR-ın ofisinin Sofiyada açılmasının müsbət addım olduğunu vurğulayıb.

Bolqarıstan Prezidenti biznes strukturları arasında əlaqələrin təşviq edilməsinin zəruriliyini və yüksək texnologiyalı sənaye, pilotsuz uçuş aparatları, avtomobil sektoru və təmiz texnologiyalar sahəsində uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivlərini də qeyd edib.

Seçilən
41
2
ikisahil.az

3Mənbələr