AZ

BMT eksperti: "Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bütün dünyada dağlıq ölkələr yüksək dağlıq ərazilərdə buzlaqların və qarın qorunmasına böyük ehtiyac duyurlar. Bu, dağlardan başlayan çayların aşağı axarında yaşayan əhalinin su ehtiyatlarının və yaşayış vasitələrinin qorunması üçün vacibdir".
Bu barədə Oxu.Az-a şərhində BMT-nin Buzlaqların Qorunması Beynəlxalq İli üzrə Məsləhət Qrupunun həmsədri, Saskaçevan Universitetinin (Kanada) professoru Con Pomeroy bildirib.
Ekspert vurğulayıb ki, buzlaqların xilas edilməsi üçün qlobal istiləşmə 1.5°C-dən çox olmamalıdır.
"Biz artıq bunun içindən keçirik, ona görə də indi çox tələsməliyik", - deyə alim bildirib.
Onun sözlərinə görə, dünya buzlaqların əriməsi və qar örtüyünün azalması ilə bağlı qlobal fəlakətə yaxınlaşır.
Professor Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) bu problemin daha geniş işıqlandırılacağını və BMT-də gələcək daha səmərəli müzakirələr üçün zəmin yaradacağına ümidini ifadə edib.
"Kanada da Azərbaycan kimi qlobal istiləşmənin ciddi nəticələri ilə üzləşir. Buzlaqlar əriyir, qar örtüyü azalır, daimi donuşluq yox olur, çay və göl buzları həmişəkindən tez əriyir. Bu, quraqlığa, su ehtiyatlarının azalmasına, hidroelektrik enerjisi istehsalının azalmasına və xüsusilə daimi donun əriməsinin landşaftın dağılmasına səbəb olduğu Kanadanın şimal bölgələrində ekosistemlərin məhvinə gətirib çıxarır", - deyə o bildirib.
Professor Kanadanın karbon vergisinin tətbiqi və emissiya həcmlərinə məhdudiyyətlər qoyulması da daxil olmaqla istixana qazı emissiyalarının azaldılması üçün fəal tədbirlər gördüyünü vurğulayıb.
"Lakin Kanada nəinki hidroenerji, həm də neft və qaz hasilatı sahəsində enerji supergücü olduğu üçün bu çox çətin bir tapşırıqdır. Ölkə iqlim dəyişikliyi ilə səmərəli mübarizə aparmaq üçün bu qazıntı yanacaqların hasilatını azaltmalıdır", - deyə ekspert sözlərini yekunlaşdırıb.
Rufina Abdullayeva
Seçilən
192
50
oxu.az

10Mənbələr