AZ

ESG platforması (esghub.az) COP29 çərçivəsində təqdim olunub (FOTO)

Bakı. Trend:

COP29-un altıncı günündə “Mavi Zona”da “Elm, Texnologiya vəİnnovasiya / Rəqəmsallaşma” Günü çərçivəsində Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqıtərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada ətraf mühit,sosial məsuliyyət və korporativ idarəetmə, yəni ESG təcrübələri vətəşəbbüsləri üzrə vahid onlayn məkanın – ESGhub.azplatformasının təqdimatı keçirilib (https://esghub.az/ ).

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə KomissiyanınKatibliyinin rəhbəri, Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsininsektor müdiri Vüsal Şıxəliyev bildirib ki, bu gün işgüzar dairələrvə cəmiyyətlərin dayanıqlı inkişafa və etik dəyərlərə yanaşmasındaböyük dəyişikliklərin şahidi oluruq. İqlim dəyişikliyi, sosialbərabərsizlik, dayanıqlı maliyyə, şəffaf idarəetmə ilə bağlıçağırışlar dünyada daha geniş miqyasda qəbul edilir və bu mənadaESG prinsiplərinin və ESG üzrə hesabatlılığın vacibliyi gündən-günəartır. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın vəKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)təşkilatçılığı, dövlət-biznes dialoqu çərçivəsində ABB, AzercellTelecom və digər maraqlı tərəflərin dəstəyi ilə yaradılan ESG HubAzərbaycan platformasının istifadəyə verilməsi ilə bu çağırışlaracavab vermək hədəflənir.

Təqdimatda qeyd olunub ki, ESG Hub platforması sadəcə təqdimetdiyi çoxşaxəli resurslar vasitəsilə ESG sahəsində məlumatlılığınartırılmasını hədəfləmir, həm də dövlət və özəl sektorun ESGsəylərini birləşdirən netvörkinq platforması kimi davamlı vədayanıqlı gələcəyə töhfə vermək missiyası daşıyır. Bu platformaimkan verəcək ki, hər bir təşkilat öz fəaliyyətinə ESG dəyərlərinidaxil edə bilsin, uzunmüddətli dayanıqlı inkişafa və gələcəknəsillərə töhfə versin.

Vurğulanıb ki, ESG Hub təşkilatların ESG prinsiplərini gündəlikfəaliyyətlərinə və uzunmüddətli strategiyalarına daxil etmələriniasanlaşdırmaq üçün geniş imkanlar təqdim edir.

ESG
ESG
ESG
ESG
Məqalədə:
Seçilən
83
11
az.trend.az

10Mənbələr