AZ

“Liverpul” Endonun yerinə gənc yarımmüdafiəçi axtarır

“Liverpul” qışda Vataru Endonu sata bilər. Mersisaydlılar daha gənc dayaq yarımmüdafiəçisi almaq üçün 31 yaşlı yapondan imtina etməyə hazırdır.

Futbolinfo.az xəbər verir ki, 2023-cü ilin yayında “Ştutqart”dan 20 milyon avroya alınan oyunçu baş məşqçi Arne Slotu qane etmir. Bu səbəbdən dəyəri xeyli düşən Endonu satmaq istəyirlər. 2027-ci ilin sonunadək müqaviləsi qalan Vataruya İngiltərə Premyer Liqasından bir neçə müştəri var.

Orta sahəni yeniləmək istəyən “Liverpul”un hədəfində bir neçə oyunçu var. Siyahının başında isə “Real”dan ayrılmaq niyyətinə düşən Aurelien Çuamenidir.

Seçilən
27
futbolinfo.az

1Mənbələr