AZ

Şoltsun Putinlə danışığı Qərb liderləri ilə razılaşdırılıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını Qərb tərəfdaşları ilə öncədən razılaşdırıb. Bild qəzetinin məlumatına görə, bu razılaşma 18 oktyabrda Qərb liderlərinin Berlinə səfəri zamanı ABŞ prezidenti Co Bayden, Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron ilə əldə olunub.

Şolts, Putinlə danışmaq niyyətini Ukrayna prezidenti Vladimir Zelenskiyə də bildirərək onu məlumatlandırıb. Məqsədin, ABŞ-də keçirilən seçkilər və qarşıdakı G20 sammiti fonunda Putinin Ukrayna ilə bağlı danışıqlara hazır olub-olmadığını öyrənmək olduğu qeyd edilir.

Danışıq zamanı Şolts alman dilində, Putin isə rus dilində danışıb. Bu səbəbdən, Şolts tərcüməçinin köməyindən istifadə edib, lakin Putinə tərcüməçi lazım olmayıb. Şoltsun təşəbbüsü ilə baş tutan danışıqda Putin NATO-nun aqressiv siyasətini Ukraynadakı böhranın səbəbi kimi göstərib və Rusiyanın təhlükəsizlik maraqlarının təmin olunmasının vacibliyini vurğulayıb.

Tagesspiegel qəzeti bu telefon danışığını Ukrayna üçün mümkün gələcək danışıqların siqnalı kimi qiymətləndirib. Zelenski isə bu danışıqdan narahatlığını ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
77
50
olaylar.az

10Mənbələr