AZ

Azərbaycan öz Milli Səviyyədə Müəyyən Olunmuş Töhfəsinin hazırlanmasının son mərhələsindədir

Bakı. Trend:

Azərbaycan öz Milli Səviyyədə Müəyyən Olunmuş Töhfəsinin (NDC)​hazırlanmasının son mərhələsindədir.

Trend xəbər verir ki, bunu COP29 baş danışıqçısınınmüavini Samir Becanov COP29 çərçivəsində keçirilən mətbuatkonfransında bildirib.

“Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC) Paris Sazişininəsasını təşkil edir. Sədrliyimiz çərçivəsində cari il üçün ümumiplan hazırlayarkən, iddiaların artırılması və fəaliyyətlərindəstəklənməsi istiqamətində NDC-ləri Gücləndirilmiş İddialarSütununun əsas elementlərindən biri kimi qeyd etdik.

Bu aylar ərzində biz COP29-un sədr heyəti olaraq, həmçinin,COP28-in BƏƏ-dən olan sədr heyəti və COP30-un gələcək sədr heyəti –Braziliya ilə birlikdə tərəflər və digər maraqlı tərəflərlə sıxəməkdaşlıq edərək bu prosesi dəstəkləmişik.

Bildiyiniz kimi, NDC-lərin təqdim olunması üçün son tarix2025-ci ilin fevral ayına təyin edilib və biz bütün tərəfləri özNDC-lərini təqdim etməyə bir daha çağırırıq. Biz, COP29-un sədrheyəti olaraq, öz NDC-mizin hazırlanmasının sonmərhələsindəyik.

Qeyd etmək lazımdır ki, NDC-nin hazırlanması çox mürəkkəb,çoxsektorlu bir prosesdir və bu prosesdə bir çox nazirlik vəmaraqlı tərəflər iştirak edir. Bizim fikrimizcə, təqdimat üçünmüəyyən edilmiş tarixlərdən əlavə, nəzərə alınmalı olan digər mühümaspekt NDC-lərin keyfiyyətidir”, - deyə Becanov bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
39
1
az.trend.az

2Mənbələr