AZ

Saxta xəbərdarlıqlara qarşı diqqətli olun: Mütəxəssisdən vacib tövsiyələr

Son vaxtlar sosial şəbəkələrdə yayılan bəzi saxta və mənbəyi bəlli olmayan xəbərdarlıqlar diqqət çəkir və istifadəçiləri təşvişə salır. Bunlardan bir növü də telefonunuza zəng edirlər və deyirlər ki, əgər peyvənd olunmusunuzsa, 1 düyməsinə basın. Belə xəbərlər yayılır ki, 1 düyməsinə basıldıqda smartfon bloklanır və şəxsi məlumlatlar qarşı tərəfə ötürülür.

Bu cür məlumatlar sanki təəssürat yaradır ki, istifadəçilər təşvişə düşməlidir. Həmçinin, deyirlər ki, bank kartlarınız da telefona bağlıdır, buna görə də ehtiyatlı olmaq lazımdır və s.

Bəs kimi hallardan necə qorunaq?

Mövzu ilə bağlı Milli.Az-a informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev açıqlama verib.

O açıqlamasında bildirib ki, texnoloji prosesdən xəbəri olmayan insanları qorxutmaq məqsədi daşıyan bu cür mənbəsiz məlumatlara inanmaq lazım deyil.

"Heç bir əlaqədar dövlət qurumu bizim peyvənd olunub-olunmadığımızı öyrənmək üçün bizdən soruşmaz. Əgər bu məlumatlar dövlətə lazım olarsa, bizdən soruşmağa ehtiyac yoxdur. İstifadəçilərin qeyri-dəqiq məlumatlar verməsi əsasında heç bir qərar qəbul edilə bilməz. Bu, sadəcə bir fikir deyil, konkret məlumatdır. Məlumat isə yalnız dəqiq verilənlər əsasında toplanır.

Eyni zamanda, texnoloji baxımdan zəng əsnasında hansısa düyməyə basaraq qarşı tərəfə müraciət etmək mümkündür, amma geriyə müraciət mümkün deyil. Yəni, bizə zəng edib "1 düyməsinə basın" deməklə heç bir nəticə alınmaz. Bəlkə sadəcə ekranda "1" yazısı görünsün. Bu məntiqsiz olduğuna görə, belə bir zəngin kiməsə gəldiyinə inanmaq çətindir.

Bu ssenaridə kiminsə başına hər hansı bir hadisənin gəlməsi də şübhəlidir. Gizli nömrələrdən gələn zənglərdən ehtiyatlı olmaq lazımdır. Buna görə də zəngin nömrəsinə, mövzusuna və məzmununa diqqətlə yanaşmaq vacibdir. Əgər az da olsa şübhə yaranarsa və ya məntiqi əsası yoxdursa, dərhal əlaqədar qurumun qaynar xətti ilə dəqiqləşdirmək lazımdır. Daimi maariflənmə bizə bütün risklərdən uzaq durmağa kömək edəcəkdir".

Aysel Əkbər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
52
4
milli.az

5Mənbələr