AZ

Azərbaycan iqtisadiyyatı 5% artıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 103 milyard 495.8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.9% çox ümumi daxili məhsul istehsal olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.7 faiz, qeyri neft-qaz sektorunda isə 6,8 faiz artıb.
ÜDM istehsalının 37.1 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.3 faizi tikinti, 6.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.8 faizi informasiya və rabitə sahələrinin, 19.2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 10 146.5 manata bərabər olub.
Seçilən
67
15
oxu.az

10Mənbələr