AZ

Pakistan iqlim təsirlərinə məruz qalan 5-ci ölkədir

Pakistan karbon emissiyalarının 1 faizdən az olan hissəsinə görə məsuliyyət daşısa da, təsirlərə məruz qalan beşinci ölkədir. Bunu Pakistandan olan deputat Heydər Əsəd Bakıda keçirilən COP29 tədbirində çıxışı zamanı deyib. 
 
"Vaxtında düzgün layihələr icra etsək bunun qarşısını ala bilərik. Karbon emissiyalarında Pakistanın payı çox azdır, amma təsirlərə məruz qalan 5-ci ölkədir. Ölkədə 10 milyard ağac əkmə layihəsi icra olunur. Pakistan 60% enerji sektorunun texnologiyalarını yeniləyib. Ölkədə 30% enerji avtomobillərinə keçid edilib", - o bildirib. 
 
Deputat vurğulayıb ki, ölkədə əsas məqsədlərdən biri hər bir evə günəş panellərinin qoyulmasıdır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
101
anews.az

1Mənbələr