AZ

Mağazalar şəbəkəsinin mühafizəçisi qadın müştərini döydü - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Murad Babayevin (soyadı şərti) barəsindəki hökmdən zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 24 may 2024-cü il tarixdə, saat 19:50 radələrində paytaxtın Nizami rayonunda yerləşən mağazaların birində qeydə alınıb. Belə ki, Murad Babayev həmin marketdə mühafizəçi işləyərkən obyektə müştəri qismində daxil olan zərərçəkmiş Aybəniz Məmmədovanın (soyadı şərti) kassir-satıcı ilə mübahisə etdiyini görüb. Zərərçəkmiş kassir-satıcının ona qarşı kobud hərəkət etdiyini deyərək irad bildirib. Murad da zərərçəkmişə irad bildirməsinə müdaxilə edib. Murad ifadəsində söyləyib ki, müştəri onun rəhmətə gedən valideyninin ünvanına təhqiramiz ifadələr işlədib. Sonra o, qəsdən yumruqla Aybənizi baş nahiyəsinə vuraraq qadına xəsarətlər yetirib. Nizami Rayon Məhkəməsinin hökmü ilə Murad Babayevə barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib. Həmin qərardan narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib./pravda.az

Seçilən
32
3
news24.az

4Mənbələr