AZ

Parisdə restoran sahibinin oğlu müştəriləri girov götürüb - FOTO/VİDEO

Parisətrafı qəsəbələrdəki restoranlardan birinə silahlı hücum olub.

Bizim.Media xəbər verir ki, bu barədə BFMTV xəbər verib.

İlkin məlumatlara görə, dörd nəfər restoranda girov saxlanılır. Hadisəni törədən şəxs l’Olivier restoranının sahibinin oğludur.

O, intihar etmək niyyətində olduğunu bəyan edib.

Lakin qısa zamanda restoranda olan bütün girovlar azad edilib. Girovlardan heç biri xəsarət almayıb.

Onları girov saxlayan şəxslə danışıqlar təxminən iki saat davam edib. Həbs zamanı polis odlu silahdan istifadə etməyib.





Bizim.Media

Seçilən
31
1
bizim.media

7Mənbələr