AZ

Kim Çen Rusiyaya dağıdıcı silahlar göndərdi

Pxenyan Rusiya ordusunu uzaqmənzilli raket və artilleriya sistemləri ilə təchiz edir.

Bakupost.az zn.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı bildirib.

Qeyd edilib ki, bu silahların bir hissəsi Şimali Koreya əsgərləri ilə birlikdə Ukrayna qoşunlarını sıxışdırmaq üçün hücum əməliyyatının planlaşdırıldığı Kursk bölgəsinə göndərilib.

Financial Times-ın təqdim etdiyi hesabata görə, son həftələrdə Şimali Koreya Rusiyaya 50-yə yaxın M1989 170 mm özüyeriyən haubitsa və 20 təkmilləşdirilmiş 240 mm-lik reaktiv yaylım atəşi sistemi təhvil verib. Bu sistemlər həm adi, həm də idarə olunan raketləri vura bilir.

Bu silah transferləri Pxenyanın Rusiyanın Ukraynaya müdaxiləsinə dəstəyini artırdığını göstərir. Karnegi Fondunun eksperti Maykl Kofman deyib ki, bu əməkdaşlıq yeni səviyyəyə yüksəlir. Onun sözlərinə görə, Şimali Koreya Rusiyaya əhəmiyyətli miqdarda sursat verməklə yanaşı, həm də müharibənin birbaşa iştirakçısına çevrilib.

Pxenyan artıq 2023-cü ildə Rusiya ordusunu milyonlarla artilleriya mərmisi ilə təmin edib və Qərb kəşfiyyatının hesablamalarına görə, bu il münaqişədə 12 mindən çox Şimali Koreya əsgəri iştirak edib. Bu, müharibəni daha da beynəlmiləlləşdirir.

Zaur, BakuPost
Seçilən
42
bakupost.az

1Mənbələr