AZ

Yığmamız Avropa çempionatını 5 medalla başa vurub

Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatında şəxsi yarışlara yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışın ikinci günü cəmi 1 medal qazana bilib.

81 kq çəki dərəcəsində yarışa Ömər Rəcəbli bürünc medala sahib çıxıb. O, medal uğrunda görüşdə israilli Yaniv Aqaranova qalib gəlib. Eyni uğuru Kənan Nəsibov (+100 kq) təkrarlaya bilməyib. Cüdoçumuz estoniyalı rəqibinə uduzaraq, bürünc qazanmaq şansını qaçırıb.

Nəticədə yığmamız Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc qazanıb.

Qeyd edək ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) isə bürüncə yiyələnib.

İdman.biz

Seçilən
27
14
idman.biz

10Mənbələr