AZ

Yurgen Henn: “Futbolda ən önəmli şey nəticədir”

Millətlər Liqasının V turunun Azərbaycan - Estoniya matçından (0:0) sonra qonaqların baş məşqçisi Yurgen Hennin mətbuat konfransı keçirilib.

- İki oyunu nəzərə alsaq, Estoniya millisi Azərbaycanı nədə üstələdi?

- Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.

- Sizin qarşınıza qoyulan hədəflər nədir?

- Milli komandanın irəliləyişini təmin etmək. Üzərində işləməli olduğumuz çox şey var.

- Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiz?

- Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.

- Qəbələ şəhəri və stadion barədə fikirləriniz necədir?

- Stadionu çox bəyəndim. Çox bəxtəvərsiz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.

DÇ-2026: Braziliyadan heç-heçə, Argentina uduzdu

Millətlər Liqası: İtaliya və İngiltərədən qələbə - YENİLƏNİB

Adil Şükürov: “Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq”

İlham Yadullayev: “Qarşıdakı matçlara hazırlaşacağıq”

Toral Bayramov: “Məncə, qələbənin vaxtı gəlib”

Seçilən
38
2
apasport.az

9Mənbələr