AZ

İrandan nüvə sazişi ilə bağlı vacib xəbər

İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziya və radio şirkətində İranın nüvə proqramı ilə bağlı 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün danışıqların bərpa olunduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İndi Avropa ölkələri səviyyəsində danışıqların bərpasına maraq var. Yəqin ki, tezliklə onların üzərində işə başlayacağıq”, - deyə Əraqçi bildirib.

Sentyabrda Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə İranla nüvə sazişi bağlamaq istədiyini bəyan etmişdi.

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə proqramına məhdudiyyətlər müqabilində İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan nüvə sazişi - JCPOA bağladılar. 2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp Vaşinqtonun FDP-dən çıxdığını və Tehrana qarşı sanksiyaların bərpa olunduğunu elan etdi.


Müəllif: Pərvin Cəfərova
Seçilən
59
teleqraf.com

1Mənbələr