AZ

Norveç rəsmisi məlumatlandırılıb

Noyabrın 16-da xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşüb.

Görüşdə Azərbaycan və Norveç arasında əməkdaşlığın perspektivləri, ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər, eləcə də regional vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanın COP29-a Sədrliyi, aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ölkəmizin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində səyləri nəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyinin razılaşdırılmasının əhəmiyyətini qeyd edib. Danışıqlar prosesində bugünədək Paris Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıqların əldə olunduğu diqqətə çatdırılıb.

Azərbaycanın xarici işlər naziri, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və postmünaqişə dövründə bölgədə vəziyyət, habelə ölkəmizin sülh səyləri barədə qarşı tərəfə məlumat verib. Bununla yanaşı, Ermənistanın yaratdığı mina təhdidi diqqətə çatdırılıb.

XQ

Seçilən
100
5
xalqqazeti.az

10Mənbələr