AZ

Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası keçirildi (FOTO)

Bu gün bir qrup Azərbaycan QHT təmsilçiləri 2024-cü il noyabrın 16-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloninin Azərbaycana səfərinə etiraz edərək, onun qaldığı otelin qarşısında dinc etiraz aksiya keçirib və onun Azərbaycan xalqından üzr istəməsini tələb edib.

Trend xəbər verir ki, etirazçılar daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Müraciətə qeyd edilib ki, o, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək.

"Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib. Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Dinc aksiya zamanı Frank Peloninin mühafizəçiləri bizlərə xəsarətlər yetirib, müxtəlif dərəcəli zədələr almışıq. Bizim həyatımızı yerli hüquq-mühafizə orqanları xilas edə bildi. Biz dinc etiraz aksiyasında iştirak edən QHT nümayəndələri olaraq Sizə müraciət edərək, aksiyanın foto və video görüntülərin araşdırılmasını, Frank Peloninin mühafizəçilərinin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirik", - müraciətdə bildirilib.
Seçilən
40
27
qaynarinfo.az

10Mənbələr