AZ

Netanyahunun villasına yenidən raketlə hücum edilib

"Baş verənlər İsrail hökuməti və onun liderinə qarşı son aylar ölkəni bürüyən vəhşicəsinə təhrikedici hərəkətlərdir..."
 
İsrailin Qeysəriyyə şəhərində ölkənin baş naziri Binyamin Netanyahunun ailəsinin şəxsi iqamətgahına iki işıqlandırıcı raket buraxılıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail polisi və Ümumi Təhlükəsizlik Xidməti  məlumat yayıb. Məlumatı "dw.com" nəşri yayıb.
 
Məlumatda deyilir ki, insident nəticəsində zərərçəkən olmayıb, nə hökumət başçısı, nə də onun ailə üzvləri həmin anda evdə olmayıb. Həmçinin binanın daxilində zədələnmələr qeydə alınmayıb.
 
Ərazidə partlamayan və ya digər təhlükəli döyüş sursatları fraqmentləri sapyorlar tərəfindən aşkar edilməyib. Baş vermiş insident "çox təhlükəli eskalasiya" kimi təsnif edilib və faktla bağlı araşdırmaya başlanılıb.
 
Müşahidə kameralarında işıqlandırıcı raketlərin mühafizə postu rayonunda partladığı, bundan sonra dərhal yanğın baş verdiyi görünür.
 
Qeyd edək ki, ötən həftə Qüds polisi baş nazirin Qüdsdə Qəza küçəsindəki iqamətgahı qarşısında nümayiş zamanı eynilə işıqlandırıcı raketlər və tüstü şaşkaları aşkar edib, bu barədə "İsrael ha-yom" nəşri yazıb.
 
Son məlumatlara görə, şübhəli bilinələrin Aralıq dənizi sahilindən baş nazirin villasına buraxdığı işıqlandırıcı raketlər suda bədbəxt hadisələr zamanı siqnal kimi istifadə edilir.
 
Bu insident ölkənin bütün siyasi dairələrində pislənilib və məhkəmə islahatının zəruriliyi barədə yenidən diskusiyalara səbəb olub.
 
Baş verənlər İsrail hökuməti və onun liderinə qarşı son aylar ölkəni bürüyən vəhşicəsinə təhrikçilik hərəkətləri kimi qiymətləndirilir. Məqsəd isə baş nazirin qətlə yetirilməsi və hökumətin çevriliş yolu ilə devrilməsidir.
 
İsrail polisi və Ümumi Təhlükəsizlik Xidməti hücumda şübhəli bilinən üç nəfəri saxlayıb. Məhkəmə saxlanılanların şəxsiyyətləri barədə məlumatların dərc edilməsinə 30 günlük qadağa qoyub.
 
Onlardan biri ehtiyatda olan polkovnik-leytenantdır. Hücum terror aktı kimi təsnif edilib. Ona görə də şübhəli bilinənlər vəkil xidmətindən istifadə etmək imkanından məhrum edilə bilər.
Seçilən
7
1
moderator.az

2Mənbələr