AZ

Bu il Azərbaycanda qatar qəzalarında ölənlərin sayı açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin 10 ayında Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yollarda qatar qarşısına qəfil insan və ya avtomobil çıxması nəticəsində 15 toqquşma baş verib, nəticədə 5 nəfər xəsarət alıb, 11 nəfər vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, dəmir yolunda qəza hadisələrinin əksəriyyəti piyada və sürücülərin diqqətsizliyinə görə baş verir:
"ADY qəzaların qarşısının alınması məqsədilə dəmiryol ətrafında yerləşən məktəblərdə maarifləndirmə işləri görür, sakinlərlə görüşlər keçirir.
Həmçinin yolların müasir avadanlıqla diaqnostikasını aparır, keçidlərdə xəbərdaredici nişanları artırır, dəmir yollarına yaxın ərazilərdə maarifləndirici posterlər yerləşdirir".
Xatırladaq ki, hər il dünyada təxminən 1,3 milyon insan yol qəzalarında həlak olur. Dəmir yollarındakı qəzalarda isə 7-10 min insan həyatını itirir.
Seçilən
20
5
oxu.az

10Mənbələr