AZ

Siqaretin xeyiri var?

Hərə bir pis şeyi vərdiş edib. Və sonra da çalışır ki, ondan xilas olsun, amma bacarmır. Belə pis vərdişlərdən biri də siqaretdir.

Adam var ki, 40- 50 il siqaret çəkir, sonra güclü iradəsi hesabına onu  atır.İradəsiz insanlarsa,  belə vərdişlərin ömrünün sonuna kimi əsirinə çevrilir. Bəziləri deyir ki, mən həftədə bir qutu siqaret çəkirəm, bir şey olmaz.

Siqaretsə,insanda ürək - damar, xərçəng xəstəliyi yaradır.Tibb elmləri namizədi, həkim- kardioloq Rafiq Yusifli deyir ki, istər siqareti az çək, istər çox fərqi yoxdur, elə eyni təsirə malikdir. Ürək-damar xəstələri bu pis vərdişdən uzaq durmalıdır. Ürək əməliyyatı olan, stend qoyulan pasiyentlər daha diqqətli olmalı, siqareti atmalıdırlar.

Mən müalicə etdiyim hər bir pasiyentin diqqətinə bunu catdırıram.Əgər spirtli içki qəbul edəcəksənsə,  siqaret çəkəcəksənsə,  müalicənin müsbət təsiri olmayacaq. Bir sözlə, nəinki xəstə adamlar, hətta sağlam insanlar belə  siqaretdən uzaq durmalıdır lar. Bu, sağlam olmağın ən yaxşı yoludur!

Emil Faiqoğlu      

Seçilən
43
adalet.az

1Mənbələr