AZ

İnsan həftədə nə qədər ət yeməlidir?

Ət və ət məhsulları zülal və digər qida mənbəyidir və insan qidasında mühüm yer tutur. Lakin onun həddindən artıq istifadəsi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
 
Mütəxəssislər insanın həftədə 500-600 qram ət və ət məhsulları yeməsinin normal olduğunu bildirirlər.
 
Diyetoloqlar çox işlənmiş ət (kolbasa, sosis və s.) istehlak etməyi məsləhət görmür, bu, xərçənginə səbəb ola bilər.
 
Bundan əlavə, ətin tərkibində olan çoxlu miqdarda doymuş yağlar insanın ürək-damar sisteminə mənfi təsir göstərir. Xüsusilə, çox miqdarda doymuş yağların istifadəsi qanda xolesterinin miqdarını artırır və ateroskleroza səbəb ola bilər.
 
Alimlər qida rasionunda istifadə edilən ətin keyfiyyətinə də önəm verirlər. Tərkibində konservantlar olan kolbasa və emal olunmuş ət məhsulları təhlükəli sayılır.
 
Diyetoloqlar yağsız ət seçməyi, həmçinin ətlə yanaşı, paxlalılar, qoz-fındıq və toxum kimi bitki mənşəli zülalları da menyuya daxil etməyi məsləhət görürlər. Mütəxəssislərin fikrincə, bu, sağlamlığa xeyirdir və riskləri azaltmağa kömək edir.
Seçilən
34
40
moderator.az

10Mənbələr