AZ

“Man-yi” qasırğası Filippini vurdu: 1,2 milyon insan təxliyə edilib

Filippində "Man-yi" qasırğası baş verib.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, Filippinin Bikol bölgəsindəki Katanduanes adası yaxınlığında baş verən təbii fəlakət nəticəsində ən azı 2 nəfər xəsarət alıb, 1,2 milyon insan təxliyə edilib.

Məlumata görə, güclü küləyə görə, 93 reys təxirə salınıb.

Bildirilib ki, qasırğa maddi ziyan vurub, bir çox bölgələrdə elektrik enerjisi kəsilib. Güclü külək ağacları kökündən qoparıb, evlərin dam örtüyü uçub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
42
1
ikisahil.az

2Mənbələr