AZ

Finlandiya müdafiə xərclərini artıracaq

Finlandiyanın müdafiə xərcləri bu onilliyin sonuna qədər NATO-nun tələb etdiyi ümumi daxili məhsulun (ÜDM) 2%-nə yüksələcək.

“İki sahil” xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo deyib.

"Finlandiya 20-ci illərin sonu və 30-cu illərin əvvəllərində müdafiəyə təxminən dörd milyard daha çox xərcləməyə hazırlaşmalıdır. Bu o deməkdir ki, biz indi Müdafiə Qüvvələrinə ÜDM-nin 2%-i  səviyyəsində materialları planlaşdırmaq və sifariş etmək hüququ verməliyik", - Orpo “Radio Suomi”də deyib.

“İlta-Sanomat” qəzetinin yazdığına görə, Finlandiyanın müdafiə xərcləri 2024-cü ildə ÜDM-in 2,3%-i və ya 6,5 ​​milyard avro təşkil edir və bu xərclər 64 ədəd F-35 qırıcı təyyarəsinin alınması hesabına yüksək səviyyədədir.

Müdafiə Nazirliyinin məlumatına görə, xərclər 2024-cü ildən 2027-ci ilə qədər ÜDM-in 1,99%-nə düşməyə başlayacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
31
1
ikisahil.az

2Mənbələr