AZ

Türkiyəli məşhur canlı yayımda həmkarını güllələdi - Foto

Türkiyədə Cansum Şənər və Çağlayan Yıldırım adlı sosial media fenomenləri arasında dava düşüb.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, dava zamanı Şənər həmkarı Yıldırımı tapança ilə vuraraq yaralayıb. Hadisə anını canlı yayımda paylaşan Çağlayan Yıldırım müalicə üçün xəstəxanaya aparılıb.
 
İnsident Ankaranın Sincan rayonunda baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı Cansum Şənər Çağlayan Yıldırımı tapança ilə ayağından vuraraq yaralayıb.
 
Şənər sevgilisi ilə hadisə yerindən qaçıb, lakin qısa müddətdə tutulub. Şənərin 80 cinayət qeydinin olduğu və hadisədə istifadə edilən sənədsiz silahın da ələ keçirildiyi öyrənilib. İstintaq davam edir.
Seçilən
66
13
moderator.az

10Mənbələr