AZ

Qadın fiqurunun yeni ideal nisbətləri təyin edildi

Almaniyanın Konstanz Universitetindən Ronald Huebner və Emili Sofi Ufiken adlı ingilis elm adamları ideal qadın fiquru ilə bağlı ənənəvi konsepsiyaları məhv etmək riskini üzərlərinə götürüblər.

Publika.az xəbər verir ki, onlar "90-60-90" qadın fiqurunun nisbətlərinin ideal olduğu ümumi qəbul edilmiş standarta müdaxilə ediblər.

Bunun müqabilində ingilislər ənənəvi bel-omba nisbətinin qadın cəlbediciliyinin əsas göstəricisi olmadığını irəli sürüblər. Nəzəriyyələrini sübut etmək üçün yüzə yaxın könüllünün iştirakı ilə bir təcrübə aparıblar.

Nəticədə məlum olub ki, qadın bədəninin cəlbediciliyi əvvəlcədən sabit və ümumiyyətlə qəbul edilmiş parametrlərlə deyil, bütün bədənin təbii nisbətləri və ahəngdar əyriləri ilə müəyyən edilir.

Seçilən
45
publika.az

1Mənbələr