AZ

İsrail ordusu Livanın cənubunu vurdu

İsrail ordusunun Livanın cənubundakı Sur şəhərinə təşkil etdiyi hücumlarda 11 nəfər ölüb, 48 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Sur şəhərinə hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrailin dünən Surun müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 11 nəfərin həyatını itirdiyi, 48 nəfərin isə yaralandığı bildirilib.

2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 8 oktyabr 2023-cü ildən bu yana 3 min 481 nəfər, o cümlədən 896 qadın və uşaq və 210 tibb işçisi həyatını itirib, 14 min 786 nəfər yaralanıb.

İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.

Seçilən
24
cebheinfo.az

1Mənbələr