AZ

Paşinyan son istefalarla bağlı xalqa müraciət ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələr vasitəsilə Ermənistan xalqına müraciət edib.

Modern.az-ın məlumatına görə, Paşinyan müraciətində yüksək vəzifəli şəxslərin istefalarından bəhs edib.

“Əziz həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq bildirmək istərdim ki, bir sıra yüksək vəzifəli şəxslərdən vəzifələrini tərk etmələrini xahiş etmişəm.

Belə bir xahişlə müraciət etməyimin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır ki, bu barədə mən açıq şəkildə demişəm.

Eyni zamanda, adları çəkilən şəxslərin dövlətçiliyimizin inkişafındakı xidmətlərini də inkar edə bilmərəm və xahişimi başa düşdüklərinə, töhfə verdiklərinə görə hər kəsə təşəkkür edirəm”, - Paşinyan bildirib.

Xatırladaq ki, Ermənistan KİV-ndə yayılan məlumata görə, daxili işlər naziri Vahe Qazaryan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan işdən çıxarılıb.

Daga sonra Ali Məhkəmənin sədri Karen Andreasyanın istefa ərizəsi yazıdğı açıqlanıb.

Ardınca Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb.

Seçilən
14
17
modern.az

10Mənbələr