AZ

Şimali Koreya Rusiyaya 100 minə qədər hərbçi göndərə bilər

Pxenyanla Moskva arasında ittifaqın möhkəmlənəcəyi təqdirdə Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya 100 minə qədər əsgər göndərə bilər...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, KXDR mütləq belə bir addım atmayacaq, lakin Putinlə danışılar effektli olarsa, bu miqyasda hərbiçinin Rusiyaya göndərilməsi istisna olunmur.

Agentliyin mənbələri qeyd ediblər ki, belə miqyasda hərbi dəstək və yüz min kontingentin birdəfəlik Rusiyaya göndərilməsi mümkün deyil və bu proses etaplarla aparıla bilər. Söhbət Rusiya Federasiyasındakı Şimali Koreya qüvvələrinin rotasiyası nəzərə alınmaqla ümumi sayın bu həddə çatdırılmasından gedir.

Qeyd edək ki, hazırda Rusiyanın Kursk vilayətində 10-12 min Şimali Koreya hərbiçisinin yerləşdirildiyi bildirilir.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr