AZ

COP29 çərçivəsində “İnklüzivlik Günü” ilə bağlı tədbir keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İnklüzivlik Günü” ilə bağlı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən ilk tədbir təqdim edilib.

“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki mərkəz Yaşıl Zonadakı İncəsənət Pavliyonunda konsert proqramı və sərgi nümayiş etdirib.

Mərkəzin və "DOST Evi" filialının yaradıcılıq studiyalarında benefisiarlar və təlimçilər tərəfindən təsviri incəsənət, keramika, floristika, bədii oyma, bədii tikmə və digər istiqamətlər üzrə hazırlanan ümumilikdə 50-dən çox əl işi sərgilənib. Ekspozisiyada həmçinin həssas əhali qruplarından olan şəxslərin ətraf mühitin mühafizəsinə və təbiəti qorumağın vacibliyi məsələlərinə həsr etdiyi sənət nümunələri də yer alıb. Konsert proqramında dünya musiqisi, eləcə də Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbir iştirakçılarına Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi haqqında məlumat və bröşürlər təqdim edilib, inklüzivliyin təşviqi və təbiətə töhfə verməyin zəruriliyinə diqqət çəkən rəmzi hədiyyələr təqdim olunub.

Seçilən
14
2
ikisahil.az

3Mənbələr