Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ortaq himni hazırlanır.
Modern.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Mədəniyyət Universitetləri Birliyinin sədri Erhan Özden məlumat verib.
O qeyd edib ki, üzv ölkələrin ortaq himni layihəsi üzərində işlər artıq başlayıb. Özden ortaq himndə türk millətinin keçmişin söz və melodiya ilə izah ediləcəyini bildirib.
"Türk Dövlətlərinə mənsub soydaşlarımızın anlayacağı dildə yazılmış, ruhlandıracaq bir himndir. Yəni milli-mənəvi hisslərimizi gücləndirəcək himndir", - sədr "Anadolu" agentliyinə açıqlamasında deyib.
Erhan Özden himninin tezliklə hazır olacağını bəyan edib.
Xatırladaq ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb. Həmçinin, təşkilatın yeni bayrağı təsdiqlənib.