AZ

Dəyişkən havalarda səhhətimizi necə qoruyaq?

Havanın dəyişkən keçməsi, gah mülayim, gah soyuq olması bəzi insanların səhhətinə mənfi təsir göstərir.

“Qafqazinfo” xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskayanın sözlərinə görə, müəyyən qrup insanlar var ki, havanın dəyişməsi onlarda narahatlıqlar yarada bilir.

“Buraya uşaqlar, hamilə qadınlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar aiddir. Hava qəfil soyuduqda bəzən insanlar isti geyimdən istifadə etmirlər. Bu da onların sağlamlığına mənfi təsir göstərir. Öskürək, boğaz qıcıqlanması, nəfəsalmanın çətinləşməsi kimi hallar ortaya çıxır. Havaların dəyişkən keçməsinə adekvat olaraq bu cür insanların geyimlərinə və hava şəraitinə uyğun davranışlarına diqqət yetirmələri məsləhət görülür”, - deyə o vurğulayıb.

Həkim bildirib ki, ürək-damar sistemi, bronxial astma xəstəliyindən əziyyət çəkən insanlar da havanın dəyişməsi zamanı özlərini mütləq qorumalıdırlar: “İnsanların bir çoxu oturaq həyat tərzi keçirir, uzun müddət kompüter qarşısında olur, bu da ürək-qan damar sisteminə mənfi təsir göstərir. Havanın dəyişməsi bəzi insanlarda stres yaradır. Bu stres ürək əzələsində olan qan dövranının pozulmasına gətirib çıxarır. Hava dəyişməsi zamanı insanlarda virus infeksiyaları və soyuqdəymə xəstəliklərinin də artması özünü göstərə bilir. Bronxial astma xəstəliyi, allergiyası olan insanlarda hava dəyişkənlikləri bir sıra narahatlıqlara səbəb olur. Məsələn, allergik katarakta, allergik rinit kimi xəstəliklər baş qaldırır. Bu cür hava şəraiti emosional insanlara da pis təsir edir, onlarda depressiya hallarının əmələ gəlməsi özünü göstərir. Belə hallarda emosional vəziyyəti stabil saxlamaq məsləhətdir”.

Həkim-terapevt belə hava şəraitində insanların geyimlərinə xüsusi diqqət yetirməli olduqlarını məsləhət görüb: “Dəyişkən hava şəraitində insanlar ilk növbədə öz geyimlərinə, qida rasionlarına diqqət etməli, həmçinin çox tərləmədən qorunmalıdırlar”.

Seçilən
25
10
qafqazinfo.az

10Mənbələr