AZ

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb

"47 müəssisə və obyektin özəlləşdirilməsi çərçivəsində 21 müəssisə və obyekt artıq özəlləşdirilib. Qalan müəssisə və obyektlərin özəlləşdirilməsi, investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

Nazir müavini qeyd edib ki, "Dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib. 

Anar Kəlbiyev

 

Seçilən
22
unikal.az

1Mənbələr