AZ

Elektrikli avtomobil bazarında hegemon GÜC

Qlobal elektrikli avtomobil bazarında Çinin dominant rolu özünü təsdiqləyir. 

"Cebheinfo.az" xəbər verir ki, Çinin ucuz elektrik avtomobilləri və Avropa bazarındakı daralma qlobal avtomobil bazarını təhdid edir. Avtomobil Sənayesi Dərnəyinin (OSD) İdarə Heyətinin sədri Cengiz Eroldu alman avtomobil sənayesindəki daralmanın qlobal avtomobil bazarına təsir etdiyini deyib:

“Çin markaları hökumət təşviqləri və aşağı istehsal xərcləri sayəsində elektrikli avtomobil bazarı sürətlə irəliləyir. Alman istehsalçıları yeni texnologiyalara uyğunlaşmaq üçün daha çox mənbə və zaman sərf etmək məcburiyyətində qalır. Bu vəziyyət onların gözlənilən satış performansını əldə etməsini çətinləşdirir". 

O, Avropada avtomobil sənayesindəki daralma xəbərləri və qazanc xəbərdarlığı ilə bağlı fikirlərini bölüşüb. Eroldu bu inkişafların qlobal avtomobil sənayesindəki köklü transformasiyanın tələb etdiyi investisiya ehtiyacının, makroiqtisadi inkişaflar və dəyişən rəqabət qabiliyyəti ilə daha sərtləşən qlobal ticarətin nəticəsi olduğunu qeyd edib: "İnflyasiya təsiri, Çinin həm daxili, həm də ixrac bazarlarında rəqabət gücü, Avropada elektrikli nəqliyyat vasitələrinə (EV) tələbat səbəbiylə proqnozlaşdırılanların geridə qalması, yüksək texnologiyaya investisiya ehtiyacı, rentabelliyin azalması və təchizat zəncirinin artan kövrəkliyi bütün Avropa istehsalçılarına problem yaradır”. 

Eroldunun sözlərinə görə, Almaniya Avtomobil Sənayesi Assosiasiyasının (VDA) məlumatına görə, 2019-cu ildə Çin bazarında payı 26,2 faiz olan alman avtomobil istehsalçıları 2024-cü ilin yarısında 20,3 faizə düşüb. Həmin dövrdə Çin brendlərinin bazar payı 30 faizdən 66 faizə yüksəlib. 

Çində istehlakçı tələbatının bu dəyişməsi alman istehsalçıları üçün mənfəət gözləntilərinin nəzərdən keçirilməsinə səbəb olub, maliyyə təzyiqini artırıb. Digər tərəfdən, artan enerji və xammal xərcləri istehsal proseslərinə meydan oxuyur və alman istehsalçılarına rəqabətqabiliyyətli qiymətlər təklif etməyə imkan vermir. Bütün bu inkişaflar fonunda deyə bilərik ki, Avropa avtomobil istehsalçıları qlobal rəqabət qabiliyyətlərini qorumaq baxımından ciddi sınaqdan keçirlər”. 

Seçilən
15
cebheinfo.az

1Mənbələr