AZ

Ermənistanda istefalar: səbəblər və mümkün nəticələr

Son günlər Ermənistan hökumətində rezonans doğuran kadrdəyişiklikləri ölkə siyasətində böyük sarsıntıya səbəb olub.Ermənistan mediasının məlumatına görə, baş nazir Nikol Paşinyanhökumətin mühüm postlarında çalışan rəsmiləri, o cümlədən, gücstrukturlarının rəhbərlərini istefaya göndərib. Bu addım genişictimai rezonansa səbəb olub və belə bir qərarın motivləri iləbağlı çoxsaylı suallar doğurub.

Bu günə olan məlumatlara görə, adları sadalanan şəxslərvəzifələrini tərk ediblər:

Vahe Kazaryan – Ermənistan daxili işlər naziri.Arqişti Kəramyan – İstintaq Komitəsinin rəhbəri.Rustam Badasyan – Dövlət Gəlirləri Komitəsininsədri (vergi və gömrük xidmətləri). Qnel Sanosyan– Ərazi İdarəetmə və İnfrastruktur naziri. SasunXaçatryan – Korrupsiyaya qarşı Mübarizə Komitəsininrəhbəri. Karen Andreasyan - Ermənistan Ali Məhkəmə Şurasınınrəhbəri.

Bundan əlavə, parlamentin hakim "Vətəndaş Sazişi" partiyasındanolan deputatlar Ovik AğazaryanNarekZeynalyan mandatlarını təhvil verməyə hazırlaşırlar.

Bir sıra istefaların rəsmi təsdiqi hələ yoxdur, lakin müxtəlifmənbələrə görə, bu kadr dəyişiklikləri Paşinyanın bəzi rəsmilərlə"sərt söhbətindən" sonra baş verib.

Səbəblər nədir?

İrəvanda yaşanan «spontan» istefalar dalğası ilk baxışdan qəfilprosesi təsiri bağışlasa da, mahiyyətə nəzər salanda maraqlıməqamlar aşkarlanır:

Paşinyanın struktur işlərindən narazılığı

Nazirlər Kabinetinin son iclasında Nikol Paşinyan gücstrukturlarının fəaliyyətindən narazılığını ifadə etmişdi. Xüsusiləkorrupsiya ilə mübarizədə, vergi və gömrük işlərinin təşkilində,eləcə də infrastruktur layihələrinin idarə edilməsindəkiçatışmazlıqlara diqqət yetirilmişdi.

Xarici təzyiqin mümkün rolu

Bəzi ekspertlərin fikrincə, Paşinyanın bu addımları Fransa,Avropa İttifaqı və ABŞ-dan gələn təzyiqlərlə əlaqəlidir. Bu ölkələrErmənistanın daxili siyasətinə nəzarəti gücləndirmək üçün hökumətrəhbərliyində dəyişiklik tələb etmiş ola bilər.

Hakimiyyətin möhkəmləndirilməsi cəhdi

Tənqidçilər hesab edir ki, genişmiqyaslı istefalar Paşinyanınsadiq olmayan rəsmiləri uzaqlaşdırmaq və onları daha etibarlışəxslərlə əvəz etmək niyyətindən irəli gəlir. Bu, xüsusilə daxilivə xarici narazılıqların artdığı bir vaxtda aktuallaşır.

İslahatlara hazırlıq

Bu kadr dəyişiklikləri Paşinyanın dövlət strukturlarındakorrupsiyanı azaltmaq və onların səmərəliliyini artırmaq məqsədiləgenişmiqyaslı islahatlara başlamaq niyyətində olduğuna işarə edəbilər.

Xarici amillərin təsiri

İrəvanda yaşanan proseslərin spontan yaşanması ilə bağlı erməniekspertlərlə siyasi analitiklərin, xüsusilə də Paşinyankomandasının nəzarətindəki mass-medianın fikri hadisələrdən diqqətyayındırmağa yönəlib. Vəzifələri ilə "könüllü" vidalaşmışməmurların istisnasız olaraq hamısının korrupsioner olduqlarını vəadlarının böyük məbləğli rüşvət qalmaqallarında hallandıqlarınınəzərə alsaq, Ermənistanın hakimiyyət dairələrində "yenilənmə" yox,fiqurların əvəzlənməsi prosesi yaşanır.

Təbii ki, preslərdə xarici amillərin təsirləri də var ki, onlarbelədir:

1. Fransa və Avropa İttifaqının rolu

Fransa və Avropa İttifaqı zahirən Nikol Paşinyanın qərbyönümlüsiyasətini dəstəkləyir. Regiondakı gərgin geosiyasi vəziyyətfonunda Ermənistan Aİ-nin Rusiya təsirini zəiflətməkstrategiyasında mühüm rol oynayır. Rəsmilərin istefayagöndərilməsi, böyük ehtimalla, Ermənistanın Qərbə sadiqliyininümayiş etdirmək məqsədi daşıyır.

2. ABŞ-nin mümkün təzyiqləri

ABŞ də Paşinyanın mövqeyini gücləndirməkdə maraqlıdır.Vaşinqtonun strategiyası, Rusiya və İranın regiondakı təsiriniminimuma endirməkdən ibarətdir. və bu prosesdə Paşinyan mühüm roloynaya bilər. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatının (KTMT) fəaliyyətində iştirakının minimuma endirən,hətta bu qurumu Ermənistanın təhülkəsizliyi üçün potensialş təhdidelan elən Paşinyan Vaşinqton ssenarisinə uyğun davranır. Sonistefaların da arxasında Ermənistan parlamentində sabiqprezidentlər Robert Köçəryanla Serj Sarqsyanın franksiyalarınınzəiflədilməsi, siyasi isteblişmentdə Rusiyaya meylli fiqurlarınsayının azaldılması və sonda da heçə endirilməsi məqsədi durabilər.

3. Rusiya və İranın reaksiyası

Genişmiqyaslı istefalar Ermənistanın Rusiya və İranlamünasibətlərinə mənfi təsir göstərə bilər. Moskva bu dəyişiklikləriİrəvandakı prorusiya dairələrə qarşı bir addım kimi qəbul edəbilər. Belədə Rusiyanın Ermənistana qarşı davranşının daha dasərtləşməsi, müəyən cəzaların və məhdudlaşdırılmaların tətbiqiistisna deyil.

İran isə regionda Qərbin təsirinin güclənməsinə qarşı ehtiyatlıyanaşır.

İstefaların mümkün nəticələri nə ola bilər?

Nikol Paşinyan heç nə baş verməmiş kimi davranmağa çalışsa da,hakimiyyət sıralarında aparılan "könüllü" təmizləmə prosesininciddi nəticələri olacaq.

Hadisələrin mümkün inkişaf ssenarisinə nəzər salaq:

Rusiya və İranla münasibətlərin pisləşməsi

Əgər bu istefalar qərbyönümlü kursun bir hissəsidirsə, bu,Ermənistanı Moskva və Tehrandan daha da uzaqlaşdıracaq. Rusiyahərbi və iqtisadi dəstəyini azalda, İran isə Ermənistanın cənubsərhədlərinə təzyiqləri artıra bilər.

Daxili böhranın dərinləşməsi

İxtisaslı kadrlardan məhrum olan hökumət, idarəetmədə əlavəçətinliklərlə üzləşə bilər. Bu, xalq arasında narazılığın artmasınavə müxalifətin güclənməsinə səbəb ola bilər.

İslahat, yoxsa siyasi təmizləmə?

Əgər Paşinyanın məqsədi islahatdırsa, bu dəyişikliklər dövlətstrukturlarının fəaliyyətinə müsbət təsir göstərə bilər. Lakin əgərməqsəd yalnız müxalif fikirləri aradan qaldırmaqdırsa, bu,cəmiyyətdə daha böyük parçalanmaya gətirib çıxara bilər.

Qərbin mövqelərinin möhkəmlənməsi

Qərb ölkələri bu istefaları Paşinyanın hakimiyyətini gücləndirənaddım kimi dəstəkləyəcək. Bu isə Ermənistanın Qərbdən daha çoxasılı vəziyyətə düşməsinə gətirib çıxara bilər.

  • Paşinyan yaxın həftələrdə yeni təyinatlarla vəziyyətistabilləşdirməyə çalışacaq. Bu, müvəqqəti sakitliyə səbəb olsa da,müxalifət və Rusiya, İran kimi tərəflərin təzyiqlərini artıracaq.Bir müddət sonra isə Qərbyönümlü siyasətin davam etdirilməsiErmənistanı Moskva və Tehrandan daha da uzaqlaşdıracaq. Qərbtərəfdaşları Ermənistanı öz geosiyasi layihələrinə inteqrasiyaetməyə çalışacaqlar.
  • Əgər ciddi iqtisadi və siyasi islahatlar həyata keçirilməzsə,Ermənistan uzunmüddətli böhran vəziyyətində qala bilər. Təcrübəlikadrların hökumətdən ayrılması idarəetməni çətinləşdirəcək və yeniçağırışlar yaradacaq.

Ermənistanda baş verən genişmiqyaslı istefalar təkcə daxilisiyasi hadisə deyil, həm də regionda gedən geosiyasi oyunlarınmühüm tərkib hissəsidir. Nikol Paşinyanın yaxın həftələrdə atacağıaddımlar təkcə onun siyasi karyerasının deyil, həm də Ermənistanıngələcək inkişaf istiqamətinin təyini üçün həlledici olacaq.

Seçilən
21
36
az.trend.az

10Mənbələr