AZ

Kurskda Ukraynanın minə yaxın əsgəri mühasirəyə alınıb

Rusiyanın Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (VSU) minə yaxın əsgəri mühasirəyə alınıb. Bu barədə "Life" SHOT Telegram kanalına istinadən məlumat yayıb. 

SHOT-un məlumatına görə, 37-ci briqadanın iki elit Ukrayna bölməsinin 100 əsgəri mühasirədən qaçmağa cəhd edib və əsir götürülən iki nəfər istisna olmaqla, demək olar ki, hamısı məhv edilib. Bildirilir ki, Rusiya Silahlı Qüvvələri döyüş meydanında Ukrayna Silahlı Qüvvələrinin komandanlığı ilə əsgərləri arasında rabitə əlaqəsini kəsə bilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
16
25
news365.az

10Mənbələr