Perudan Cənubi Koreyaya təyyarə ilə gedən şəxs hava limanının gömrükxanasında şübhəli bilinərək yoxlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan 28 yaşlı kişinin qarnındakı şişlik hava limanında mühafizəçilər tərəfindən fərq edilib və şəxs axtarış bölməsinə aparılıb.
Üzərinə baxış keçirilən şəxsin kiçik plastik torbalarda 300-dən çox hörümçək, 100-ə yaxın qırxayaq və qarışqa növləri aşkarlanıb.
İlkin ehtimala görə, şübhəli şəxs həşəratları qeyri qanuni heyvan kolleksiyaçılarına satmaq istəyib.
Cəmalə