AZ

Tramp Bakı-İrəvan danışıqlarında hansı mövqeyi tutacaq?

ABŞ-da Donlad Trampın hakimiyyətə gəlişindən sonra müzakirə olunan məsələlərdən biri də Ağ Evin yeni rəhbərliyinin Azərbaycan-Ermənistan danışıqlarına hansı yanaşma sərgiləyəcəyidir. 

Hurriyyet.az xəbər verir ki, İrəvanda bununla bağlı fərqli fikirlər olsa da, üç əsas sennaridən kənara çıxmırlar.

Politoloq Suren Sarkisyan qeyd edib ki, Bayden administrasiyası Ermənistan-Azərbaycan (eləcə də Ermənistan-Türkiyə) münasibətləri prosesində fəal vasitəçi olub. “Məhz bu səbəbdən vəzifədən gedər ayaqda Bayden Əliyev və Paşinyanı ilin sonuna kimi sülh sazişini imzalamağa çağırıb. Harris seçilsəydi bu demokratların uğuru sayılacaqdı. Lakin Trampın məsələsində belə bir perspektiv yoxdur”.

O hesab edir ki, Trampın Qafqaz məsələsinə üç yanaşması mümkündür. “Birinci sennari budur ki, Tramp administrasiyası tez imzalanma ssenarisini istəməz. Çünki belə bir halda o, özü deyil, Baydenin istəklərini həyata keçirmiş olacaq. Və bu qələbəni onlarla bölüşmək məcburiyyətində qalacaq. Tramp buna getməyəcək”.

Sarkisyan ikinci versiya kimi, Trampın Cənubi Qafqazda fəal iştirakının olmaması ilə izah edib. “Bizim regionun bütün təşəbbüsləri regional oyunçular Rusiya-Türkiyə-İran sahəsində gedir. Azərbaycan Ermənistandan fərqli olaraq, Tehran, Ankara və Moskva ilə razılaşa bilir. Tarazlığın dağılması qalib qütbün təsirinin artmasına səbəb olur”.

O üçüncü ssenari kimi isə İran ətrafında eskalasiyanın artmasını göstərib. “Bu o deməkdir ki, bütün mənfi nəticələri ilə regionu “proxodnoy dvor”a çevirə bilər”./Tribunainfo.az/

Seçilən
19
1
hurriyyet.az

2Mənbələr