AZ

Antonio Quterreşdən G20 ölkələrinə ÇAĞIRIŞ

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres bəyan edib ki, G20 ölkələri iqlim böhranı və müharibələr kimi qlobal problemlərin həlli üçün təşəbbüslərə rəhbərlik etməlidir.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

BMT-dən verilən açıqlamaya görə, Quterreş Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Zirvəsi öncəsi mətbuat konfransında açıqlamalar verib.

G20 ölkələrinin böyük bir iqtisadi gücə sahib olduğuna diqqət çəkən Quterreş bildirib:

"Əllərində böyük bir diplomatik güc var. Bunu əsas qlobal problemlərin öhdəsindən gəlmək üçün istifadə etməlidirlər".

Əli Hüseynov

 
Seçilən
19
bakivaxti.az

1Mənbələr