Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert tərəflərin İrana qarşı koalisiya formalaşdıracağı ehtimalını da istisna etmir:
“Bayden administrasiyası tərəfindən İsrailə silah sektorunda qoyulmuş müəyyən məhdudiyyətlər aradan qaldırılacaq və İsrail daha çox silahla təmin ediləcək. HƏMAS və Hizbullaha qarşı müharibə davam edəcək. Trampın siyasəti İsrail-Fələstin münaqişəsinə mənfi təsir edəcək. Atəşkəs və sülh danışıqları təhdid altında düşəcək. Trampın dövründə Qüds İsrailin paytaxtı kimi tanındı, Tramp bu istiqamətdə İsrail hökumətinə böyük dəstək verdi”.
Politoloq Trampın Ağ Evə gəlməsinin İsrailin maraqlarına cavab verdiyini bildirib:
“Bu, Benyamin Netanyahunun Qəzzada və Livanda Hizbullaha qarşı apardığı əməliyyatları daha da sürətləndirəcək. Daxildə Netanyahuya qarşı müxalif çıxışlar neytrallaşacaq. Çünki ona qarşı korrupsiya ittihamları var, müəyyən cinayət prosesləri də həyata keçirilə bilər. Netanyahu bir növ özünü daxili təzyiqlərdən qoruya biləcək Trampın prezident seçilməsilə”.
Törə Zeynallı
Demokrat.az
10Mənbələr
-
veteninfo.azİsrail qoşunlarını Suriyadan çıxarır ( 14427679)
-
bizim.mediaİsrail Suriyadan qoşunlarını ÇIXARIR ( 14406220)
-
afn.azBMT İsraili qoşunlarını Livandan çıxarmağa çağırıb ( 14274688)
-
konkret.azİsrail Suriyanın cənubundakı Yərmuk çayı vadisinə nəzarət edir ( 14094112)
-
ulusum.azİsrail Hizbullah ilə atəşkəs razılaşması çərçivəsində Livandan qoşunlarını çıxarmağa başlayır ( 13923952)
-
metbuat.azFransa İsrail ordusunu Suriyadan çıxmağa çağırdı ( 13915351)
-
anews.azİsrail Livandan qoşunlarını çıxarmağa başlayıb ( 13915750)
-
cebheinfo.azİsrail ordusu Dəməşqə girməyə hazırlaşır: 51 il sonra ( 13854208)
-
poliqon.infoSuriyadan sonra İsrail yaxın aylarda İraq və İrana hücum etməyi planlaşdırır ( 13850575)
-
xalqcebhesi.azNetanyahunun iddiası: Əsəd rejimini İsrail devirib? ( 13841269)