AZ

Rusiyadan Türkiyə ilə bağlı gözlənilməz qərar: 278,7 milyon dollarlıq...

Rusiyanın Türkiyədən geyim idxalında rekord azalma yaşanıb. Ruslar bu boşluğu digər ölkələrlə doldururlar.

Publika.az xəbər verir ki, Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı 2024-cü ilin yanvar-sentyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz azalaraq 278,7 milyon dollar olub.

Türkiyənin Ticarət Nazirliyinin hesabatına görə, ölkənin hazır geyim məhsullarının ümumi ixracı 2024-cü ilin yanvar-sentyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq 13,6 milyard dollara çatıb.

Qeyd olunub ki, Türkiyə son bir ildə 18,3 milyard dollarlıq hazır geyim ixrac edib. Rusiya hazırda Türkiyənin ən böyük geyim ixracatçıları arasında 12-ci yerdədir.

Seçilən
26
1
publika.az

2Mənbələr