AZ

2025-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisi 0,1 faiz bənd çox olacaq

2025-ci ildə səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,8 faiz olmaqla cari illə müqayisədə 0,1 faiz bənd çox, ümumi daxili məhsuldan nisbətdə isə cari ildə eyni səviyyə – 1,5 faiz səviyyədə olacaq.

Bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

“Qeyd edək ki, 2021-ci ildə müqayisədə, 2025-ci ildə səhiyyə xərclərimiz 45 faiz və yaxud 621 milyon manat artıb. Növbəti ildə səhiyyə sahəsində müvafiq dövlət proqramları və tədbirləri üçün 303 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur və yaxud cari ildə müqayisədə bu, 14 faiz çox deməkdir”, – deyə o əlavə edib

 

Seçilən
30
2
azpost.info

3Mənbələr