AZ

Şoltsun rəqibləri Rusiyaya qarşı biləşir - Foto

Şoltsun

Alman Yaşıllar Partiyası Bundestaq seçkilərində vitse-kansler Robert Habeki kansler postuna namizəd kimi seçib.

Reyting.az
xəbər verir ki, siyasətçi qələbə qazanacağı təqdirdə Almaniyanın uzaqmənzilli “Taurus” raketlərini Ukraynaya göndərməyə razılaşacağını bildirib.

2021-ci ilin dekabrından bu vəzifədə çalışmış Habek kansler Olaf Şoltsun bu məsələ ilə bağlı qərarını dəyişəcəyinə əmin edib: “Lakin silah tədarükü həmişə hökumətdə qəbul edilən ən çətin qərarlardan biridir”.



Qeyd edək ki, iyulun əvvəlində kansler Şolts maliyyə naziri Kristian Lindnerin vəzifəsindən azad olunduğunu bəyan edib və bundan sonra Azad Demokrat Partiyasından olan hökumətin demək olar ki, bütün üzvləri istefa veriblər.

KİV-lərin məlumatına görə, CDU/CSU, SPD, Yaşıllar və FDP liderləri prezident Frank-Valter Ştaynmayerə gələn il fevralın 23-də Bundestaqa növbədənkənar seçkilərin keçirilməsi təklifi ilə bağlı razılaşıblar.

Kansler postuna iddialı alman müxalifətinin lideri Fridrix Merz Ukraynaya yardım siyasətini dəyişəcəyini vəd edib. Onun fikrincə, Almaniya kifayət qədər iş görmür və bu müharibədə qələbə üçün əlindən gələni etməlidir.

ELÇİN
Seçilən
18
reyting.az

1Mənbələr