AZ

Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri ilə görüş keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə qarşılıqlı iqtisadi münasibətlərin uğurla inkişaf etdiyi və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. İqtisadi əlaqələrin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması məqsədilə birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb. Azərbaycan-Slovakiya iqtisadi əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun gündəliyindəki məsələlər müzakirə edilib.
Tərəflər ticarət, investisiya və energetika sahələrində tərəfdaşlığın genişləndirilməsi, enerji keçidi və yaşıl enerji sektorlarında texnologiya və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar. Əməkdaşlıq potensialının reallaşdırılmasının ölkələrimizin iqtisadi inkişafı üçün geniş perspektivlər vəd etdiyi vurğulanıb.
Seçilən
49
50
oxu.az

10Mənbələr