AZ

"Google" cərimələndi: Qadağan olunmuş məzmun

Məhkəmə qadağan olunmuş məzmunu silmədiyinə görə "Google"u 3,8 milyon rubl cərimələyib.

Publika.az xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin Teleqram kanalı məlumat yayıb.

“Moskvanın Taqanski Rayon Məhkəməsinin qərarı ilə "Google" MMC Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi ilə (Girişin məhdudlaşdırılması qaydasının pozulması) inzibati xəta törətməkdə təqsirli bilinib. Rusiya Federasiyasının informasiya, informasiya texnologiyaları və məlumatların mühafizəsi haqqında qanunvericiliyinə uyğun olaraq məhdudlaşdırılan məlumatlara, informasiya ehtiyatlarına və bu məlumatların silinməsi qaydasına görə məhkəmə inzibati tənbeh tətbiq edərək 3,8 milyon rubl dəyərində inzibati cərimə növü təyin edib”, - mesajda deyilir.

Seçilən
17
1
publika.az

2Mənbələr