AZ

PSJ və “Monako” qələbə qazandı, “Marsel” büdrədi - İCMAL

11 turdan sonra zirvədə son çempion qərarlaşıb.

PSJ bu dəfə səfərdə “Anje”ni məğlub etdi. Luis Enrikenin komandasının hesabında 29 xal var. “Monako” liderdən 6 xal geri qalır. “Knyazlar” səfərdə “Strasbur”a qalib gəldi. “Marsel” isə 20 xal toplayıb. Cənublular hesabat turunda səfərdə gözlənilmədən “Oser”ə uduzdu. “Lill” “Nitsa” ilə səfər oyununda xal itirdi – 2:2. “Lion” isə Ron derbisində “Sent-Etyen”dən üstün oldu – 1:0. “Havr”ın qonağı olan “Reyms” ardıcıl üç məğlubiyyətdən sonra ilk qələbəsini qazandı. “Lans” hesabat turunda “Nant”a qalib gəldi – 3:2. Qələbə topunu 90-cı dəqiqədə Tomasson vurdu.

“Tuluza” səfərdə “Renn”i, “Monpelye” isə “doğma divarlar” arasında “Brest”i məğlub etdi.

11-ci tur
Anje – PSJ 2:4
Lepol, 90+1. Biumla, 90+7 – Li Kan İn, 17; 20. Barkola, 31; 45+2. (17212)
PSJ: Donnarumma, Hakimi (Zaqe, 46), Markinyos, Şkrinyar, Beraldo, Zair-Emeri (Dembele, 66), Ruis, Li Kan İn (Neveş, 90+2), Mayulu (Kolo Muani, 66), Asensio, Barkola (Due, 46).
Strasbur – Monako 1:3
Due, 29 – Ben Seqir, 79-p.; 89. İlenihena, 90+1. (19451)
Monako: Mayetski, Vanderson, Sinqo, Kerer, Enrike (Mavissa, 46), Maqassa (Teze, 90+6), Kamara, Akliuş, Minamino (Diatta, 90+3), Ben Seqir, Embolo (İlenihena, 46).
Marsel – Oser 1:3
Qrinvud, 65-p. – Sinayoko, 10. Perren, 43. Traore, 45. (64184)
Marsel: Rulyi, Lirola (Murilyo, 77), Balerdi, Brasye (Kondoqbia, 66), Merlen (U.Qarsiya, 46), Rabyo, Heybyerq, Qrinvud, Enrike, Rou (Kone, 46), Mope (Vai, 46).
Nitsa – Lill 2:2
Diop, 56. Luşe, 90+6 – Fernandes-Pardo, 17. Bakker, 66. (25063)
Lion – Sent-Etyen 1:0
Lakazett, 29. (58082)
Havr – Reyms 0:3
Dyakite, 15. Nakamura, 21. İto, 57. (19256)
Lans – Nant 3:2
Frankovski, 21-p. Ocediran, 86. Tomasson, 90 – Simon, 36-p. Kotsa, 71. (38202)
Monpelye – Brest 3:1
Norden, 4-p. Xəzri, 12. Kulibali, 85 – Marten, 50. (12936)
Renn – Tuluza 0:2
Kinq, 14. Dennum, 23. (27525)

1. PSJ 11 9 2 0 33-10 29
2. Monako 11 7 2 2 18-8 23
3. Marsel 11 6 2 3 24-15 20
4. Lill 11 5 4 2 18-11 19
5. Lion 11 5 3 3 18-15 18
6. Nitsa 11 4 5 2 21-11 17
7. Reyms 11 5 2 4 19-15 17
8. Lans 11 4 5 2 12-9 17
9. Oser 11 5 1 5 20-19 16
10. Tuluza 11 4 3 4 13-11 15
11. Strasbur 11 3 4 4 20-22 13
12. Brest 11 4 1 6 14-19 13
13. Renn 11 3 2 6 13-18 11
14. Nant 11 2 4 5 14-17 10
15. Anje 11 2 4 5 13-20 10
16. Sent-Etyen 11 3 1 7 10-25 10
17. Havr 11 3 0 8 8-23 9
18. Monpelye 11 2 1 8 11-31 7

Bombardirlər: Barkola (PSJ) – 10, Qrinvud (Marsel) - 8, Devid (Lill)– 7.
Növbəti turun oyunları noyabrın 22-24-u aralığında keçiriləcək: Reyms – Lion, Oser – Anje, Monako – Brest, Nant – Havr, Lill – Renn, Sent-Etyen – Monpelye, Nitsa – Strasbur, Lans – Marsel, PSJ – Tuluza.

Turun rəqəmi
15 – PSJ-yə uduzan “Anje” bu komanda ilə oyunlardakı ardıcıl məğlubiyyətlərinin sayını bu həddə çatdırdı. Liqa 1 tarixində ilk dəfə belə hal yaşanır.
Turun ulduzu
Li Kan İn (PSJ) – koreyalı yarımmüdafiəçi iki qol və bir məhsuldar ötürmə ilə komandasının qələbəsində önəmli rol oynadı. Artıq hesabında 6 qol olan Li Kan İn bombardirlər siyahısındakı liderlərə də yaxınlaşdı.

Turun sitatı
Roberto De Zerbi, “Marsel”in baş məşqçisi:
“Bu ev məğlubiyyətinə görə məsuliyyəti öz üzərimə götürməliyəm. Özümə bəraət qazandırmaq istəmirəm. Qaçmaq fikrində deyiləm, reallıqların üzünə dik baxmalıyıq. Problem mənlə bağlıdısa, getməyə hazıram. Pul mənim üçün heç nədi. İşdən məmnunluq duymaq daha vacibdi. Oyunçularım haqda pis heç nə deyə bilmərəm”.


Fakt
PSJ tarixində 2-ci dəfə 2-ci yarıya artırılan dəqiqələrdə iki qol buraxdı. Birinci belə hadisə 2017-ci ilin martına – Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə cavab oyununa (1:6) təsadüf etmişdi.
Seçilən
34
football-plus.az

1Mənbələr