AZ

Azərbaycanda 10 ayda istehsal olunan qızıl və gümüşün həcmi açıqlanıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2167,1 kq qızıl, 2703.2 kq isə gümüş istehsal edilib.

Bu barədə Day.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7% artıb, gümüş istehsalı isə 20.3% azalıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2131,2 kq qızıl, 3390,2 kq isə gümüş istehsal edilib.

Seçilən
23
19
day.az

10Mənbələr