AZ

Almanlar şampundan istifadə etmirlər: Bu səbəbdən

Almaniyada təbiilik və davamlılıq xüsusilə gənc nəsillər arasında ön plana çıxır. Şampun yerinə təbii sabunlara, bioloji parçalana bilən, ekoloji cəhətdən təmiz alternativlərə və sadə qulluq məhsullarına üstünlük verilir.

News24.az xəbər verir ki, “No Poo” (şampun istifadə etməmək) hərəkatı son illərdə Almaniyada ciddi populyarlıq qazanıb. Bu hərəkat saçları təbii yolla təmizləməyi və kimyəvi maddələrdən azad üsulları seçməyi müdafiə edir. 

"No Poo" tərəfdarları, müntəzəm şampun istifadəsindən sonra saçın əslində daha çox yağa ehtiyacı olduğunu və buna görə də saçın təbii yağ balansının pozulduğunu iddia edir. Bu hərəkətin iştirakçıları saçlarını yalnız su ilə yumağa və ya evdə hazırlanmış təbii qarışıqlarla təmizləməyə üstünlük verirlər.

Qeyd edək ki, almanlar ekoloji cəhətdən şüurlu bir cəmiyyət kimi tanınırlar. Tərkibində kimyəvi maddələr olan şampunlar və plastik butulkalarda qablaşdırmalar ətraf mühitə ziyan vurur. Bu səbəbdən bəzi almanlar şampunlardan istifadə etməkdən çəkinir, təbii, orqanik və ya tullantısız məhsullara üstünlük verirlər.

Almaniyada qədim zamanlardan qalma bəzi ənənəvi saç baxım üsulları da məşhurdur. Bu üsullara təbii yağlarla qulluq, bitki mənşəli şampunlar və ya yalnız su ilə yuyulma kimi təcrübələr daxildir. Bu cür üsullar təkcə şampundan istifadə etməmək deyil, həm də uzun müddətdə saçların daha sağlam olmasını təmin etmək məqsədi daşıyır.

Məryəm İlhamqızı

Seçilən
53
news24.az

1Mənbələr