AZ

NATO-nun baş katibi Rusiyanı alyansın hava məkanını pozmaqda ittiham edib

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya raket və pilotsuz uçuş aparatları ilə Şimali Atlantika Alyansının hava məkanını dəfələrlə pozub.

NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, o, sözlərinə heç bir sübut təqdim etməyib.

“Rusiya PUA-larının və raketlərinin NATO-nun hava məkanına təkrar infiltrasiyası təhlükəli və qəbuledilməzdir. NATO artıq şərq cinahda hava hücumundan müdafiəsini gücləndirib və bunu davam etdirir”, – Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin alyansın bütün müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bildirib və NATO-nun Qara dəniz regionunda təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.

Seçilən
40
nocomment.az

1Mənbələr